20.08.2020 10:07
704


"Çelsi" "Bayer"in yarımmüdafiəçisi Kay Havertsin transferini bitirib.
Cempion.az "Bild" nəşrinə istinadən xəbər verir ki, London təmsilçisi bu keçidi 80 milyon avroya həll edib. Almaniyalı futbolçu ilə 5 illik razılıq əldə edilib. Haverts illik 10 milyon avro maaş alacaq.
Xatırladaq ki, Almaniya millisinin üzvü 11 yaşında "Bayer"in akademiyasına qoşulub.
Qeyd edək ki, 21 yaşlı fyarımmüdafiəçi ötən mövsüm 35 oyunda 12 qol vurub, 8 məhsuldar edib.