20.08.2020 12:30
580

''Fənərbağça''nın keçən mövsüm ''Çaykur Rizespor''dan heyətinə cəlb etdiyi Vedat Muriç İtaliya klubuna transfer oldu.
Cempion.az İtaliya mətbuatına istinadən xəbər verir ki, ''Latsio'' kosovalı hücumçunu 18 milyon avro qarşılığında heyətinə cəlb edib. Muriç ilə 2025-ci ilə qədər müqavilə imzalanacaq. Təcrübəli hücumçu ''Latsio'' klubundan illik 2 milyon avro maaş alacaq.
Xəbərdə bildirilir ki, ''Çaykur Rizespor'' tərəfi Vedat Muriç transferindən 15 faiz gəlir əldə edəcək.
Qeyd edək ki, geride qalan mövsümdə ''Fənərbağça'' formasıyla 36 maça çıxan 26 yaşındaki Muriç, 17 qol, 7 məhsuldar ötürmə ilə yadda qalıb.