çərşənbə axşamı, 05 avqust 2025

DÜNYA FUTBOLU

''Lill'' klubunda 5-ci türk futbolçu

20.08.2020 13:30 Oxundu 586


''Qalatasaray''ın aşağı yaş qrupunda futbolçu karyerasına başlayan Mustafa Kapı Fransa klubuna transfer olub. 

Cempion.az Fransa mətbuatına istinadən xəbər verir ki, 18 yaşındaki oyunçu ''Lill'' klubu ilə 5 illik müqavilə imzalayıb. Bu transfer üçün fransız klubu ''Qalatasaray''a 300 min avro ödəyəcək. Müqavilənin digər detalları açıqlanmayıb.

Xatırladaq ki, Kapı ''sarı-qırmızılar''ın müqavilə təklifini rədd edib.

Qeyd edək ki, bundan öncə ''Lill'' klubu Yusuf Yazıcı, Burak Yılmaz, Zeki Çelik və Fərhat Çoğalan kimi türk futbolçuları transfer edib.