
Avqustun 21-i Bakı vaxtı ilə 23:00-da Avroliqanın finalında ‘’Sevilya’’ ‘’İnter’’ ilə qarşılaşacaq.
Cempion.az xəbər verir ki, qarşılaşma Almanyanın Köln şəhərində olan ''Köln'' Stadionunda baş tutacaq.
Oyunun əsas hakimi niderlandlı Danni Makkelie olacaq.
Maç öncəsi hər iki klubda da kart cəzalısı yoxdur. ''Sevilya''da yüngül zədəsi olan Lukas Okamposun oyuna əsas heyətdə başlayıb başlamayacağına baş məşqçi Xulen Lopeteqi qərar verəcək. ''İnter''də isə zədələri olan Matias Vecino və Aleksis Sançesin oynaması gözlənilmir.
UEFA Avropa Liqasının ən güclüsü Sevilyadı
Turniri ən çox qazanan ispanlardı
Oynadığı bütün Avropa liqi finallarının qalibi olan ''Sevilya'', 2006, 2007, 2014, 2015 və 2016-cı illərdə kubokun sahibi olub.
Avroliqanın A Qrupunda ''Apoel'', ''Qarabağ'' və ''Dudelang''ı qabaqlayan Əndəlüs təmsilçisi qrupu lider bitirir və son 1/32-də turunda ''Kluj'', son 1/16-da ''Roma'', yarımfinalda ''Vulverhempton'' və ''Mançester Yunayted''di məğlub edib.
''İnter''in 4-ci kubok hədəfi
Avropa Liqasında 4 dəfə final oynayan ''İnter''1 oyun məğlubiyətlə üzləşsə də, 3 dəfə kubokun sahibi olublar. 1991, 1994 və 1998-ci illərdə çempionluğu qeyd edən İtaliya klubu 1997-ci il finalında ''Şalke''yə məğlub olub.
UEFA Çempionlar Liqasına F Qrupunda ''Barselona'' və ''Borussia'' Dortmundun ardından qrupu 3-ci sırada bitirən ''göylər'' yoluna Avroliqada davam edib, son 1/32 turunda ''Ludoqorets'', son 1/16 turunda ''Xetafe'', yarımfinalda Bayer ''Leverkuzen'' və yarımfinalda ''Şaxtyor Donetski'' məğlub edərək finala çıxıb.
''Sevilya'' və ''İnter'', Avrokuboklarda ilk dəfə üz-üzə gələcəklər.