çərşənbə axşamı, 05 avqust 2025

DÜNYA FUTBOLU

FIFA yeni qərar qəbul etməyə hazırlaşır

20.08.2020 15:46 Oxundu 605

FIFA yeni qərar qəbul etməyə hazırlaşır.

Cempion.az xəbər verir ki, yeni qərara əsasən bəzi futbolçuların milli komandasını dəyişmək asanlaşacaq. Əgər bir oyunçu ilk çıxış etdiyi yığmada üçdən çox matç keçirməyibsə, komandasını dəyişə bilər.

Bundan əlavə, dünya çempionatının və qitə yarışlarının final mərhələlərində oynayan futbolçular yığma dəyişdirmək hüququna malik olmayacaqlar.
 
İndiki qərarda futbolçu yığmada bir rəsmi oyun keçiribsə, komandasını dəyişə bilməz. FIFA-ya üzv olan 211 ölkə qərarı dəstəkləsə, gələn aydan qüvvəyə minəcək.