20.08.2020 16:52
953


Avqustun 23-də Bakı vaxtı ilə 23:00-da Çempionlar Liqasının finalında ‘’Bavariya’’ və PSJ qrşı-qarşıya gələcəklər.
Cempion.az final oyunda tərəflərin şansını qiymətləndirib. Yarımfinal mərhələsində Fransanın PSJ klubu ‘’Leiptsiq’’ ilə qarşılaşdı və rəqibini asanlıqla məğlub edərək finala yüksəldi.
Xatırladaq ki, buna qədər İtaliyanın ‘’Atalanta’’ klubu ilə qarşılaşmış və çətin qələbə qazanmışdılar. Maçın sonlarına yaxın ‘’Atalanta’’ oyunu əldən verdi. Bunun da səbəbi italyanların təcrübəsiz olması idi.
Fransa klubundan fərqli olaraq, Hans Flikin komandası barədə daha inamla danışmaq olar. Yarımfinalda ‘’Yuventus’’ və ‘’Mançester Siti’’ kimi Avropa nəhənglərini turnirdən kənarlaşdıran Fransanın ‘’Lion’’ klubu ‘’Bavariya’’ ilə görüşdə məğlubiyyətdən qaça bilmədi. Oyunun sonuna kimi rəqibinə oynamaq imkanı verməyən almanlar sonda 3 cavabsız qolla qalib gəldilər. Baxmayaraq ki, ‘’Bavariya’’ finalın favoritidir, ancaq çox klub son oyun günündə üstünlüklərindən istifadə edə bilmirlər.
PSJ-nin ÇL-daki statiskası:
Bu mövsüm Çempionlar Liqasında 9 oyun keçirən PSJ bunlardan 7-də qələbə, bir oyunda heç-heçə və bir də məğlubiyyət alıb Rəqib qapılarından 25 qol keçirən fransızlar öz qapılarında 2 qol görüblər
A Qrupunda mübarizə aparan Tomas Tuhelin komandası ‘’Borussiya’’ Dortmundu 1/8, ‘’Atalanta’’nı 1/4 və ‘’Leyptsiq’’i 1/2-də mübarizədən kənarlaşdırıb
Keçən mövsüm PSG 1/8 finalda mübarizəni dayandırıb
Fransa təmsilçisi 1994-1995-ci ildən bəri Avrokuboklarda finala vəsiqə qazanmayıb
‘’Bavariya’’nın ÇL-dakı statiskası:
Bu mövsüm Çempionlar Liqasında 9 qarşılaşmaya çıxan ‘’Bavariya’’ bu görüşlərin hamsında qələbəyə sevinən tərəf olub.
Rəqiblərini 42 dəfə mərkəzə dəvət edən alman nəhəngi öz qapısında 8 qol görüb B Qrupunda mübarizə aparan Hans Flikin yetirmələri ‘’Çelsi’’ni 1/8, ‘’Barselonanı’’ 1/4 və ‘’Lion’’u isə 1/2- finalda mübarizədən kənarlaşdırıb
‘’Bavariya’’ 5 dəfə Avrokubokların sahibi olub.
Qeyd edək ki, hər iki klub tarixində 8 dəfə üz-üzə gəliblər və bu görüşlərin 5-də PSJ, 3-ində isə almanlar qələbə qazanıb.
Bu qarşılaşma ilə bağlı rusiyalı çalışdırıcı Rəşid Rəhimov belə deyib: ‘’Finalda ‘’Bavariya’’ favorit deyil. Məncə, şanslar bərabərdir. Həqiqətən maraqlı qarşılaşma olacaq. Səviyyə baxımından da PSJ almanlardan geri qalmır. Mənim fikirimcə, Fransa təmsilçisi ‘’Bavariya’’ya yetərincə baş ağrısı olacaq’’.