20.08.2020 18:35
555


Futbol üzrə İngiltərə Premyer Liqasında 2020/2021 mövsümünün təqvimi açıqlanıb.
Cempion.az qrumun rəsmi saytına istinadən xəbər verir ki, son çempion "Liverpul" ilk turda "Lids Yunayted"i qəbul edəcək.
London təmsilçilərindən "Arsenal" səfərdə "Fulhem"in, "Çelsi" isə "Brayton"un qonağı olacaq.
I turdakı "Börnli" - "Mançester Yunayted" və "Mançester Siti - "Aston Villa" matçlarının vaxtları dəqiqləşdirilməyib. Buna səbəb Mançester təmsilçilərinin avrokubok oyunlarının gec bitirməsidir. İki komanda arasındakı derbi matçları dekabrın 12-də və martın 6-da olacaq.
"Everton" və "Liverpul" arasındakı Mersisayd derbiləri 17 oktyabr və 20 fevrala təyin edilib. "Mançester Yunayted" və "Liverpul"un görüşləri isə 16 yanvar və 5 may tarixlərində keçiriləcək.
Qeyd edək ki, İngiltərə Premyer Liqasında yeni mövsümə sentyabrın 12-də start veriləcək.