çərşənbə axşamı, 05 avqust 2025

DÜNYA FUTBOLU

Messi Devisə formasını verməyib

20.08.2020 19:15 Oxundu 572

"Bayern"in müdafiəçisi Alfonso Devis Çempionlar Liqasının 1/4 finalında "Barselona"ya 8:2 hesabı ilə qalib gəldikləri oyundan sonra Lionel Messidən formasını istəyib.

 Cempion.az xəbər verir ki, 19 yaşlı kanadalı futbolçu açıqlamasında argentinalı hücumçudan cavab almadığını bildirib:

 
"Messinin yanına getdim və formasını istədim, ancaq mənə cavab vermədi. Deyəsən, bir az üzgün idi. Ümid edirəm ki, növbəti dəfə ondan formanı alacağam".