şənbə, 28 mart 2026

DÜNYA FUTBOLU

Dmitri Payet koronavirusa yoluxub

21.08.2020 11:11 Oxundu 606

Fransanın "Marsel" klubunun futbolçusu Dmitri Payet koronavirusa yoluxub. 

Cempion.az "RMC Sport"a istinadən xəbər verir ki, 33 yaşlı fransalı yarımmüdafiəçinin testi müsbət nəticələnib. 

Daha əvvəl klubun digər üzvləri Stiv Mandanda, Maksim Lopes, Valenten Ronjye və Cordan Amavidə virus aşkarlanıb. 

Qeyd edək ki, Fransa çempionatının ilk turunda bu gün keçirilməsi planlaşdırılan "Marsel" - "Sent-Etyen matçı təxirə salınıb.