21.08.2020 12:47
580

İngiltərənin "Çelsi" klubu yeni futbolçu transfer edib.
Cempion.az "Goal" nəşrinə istinadən xəbər verir ki, zadəganlar son olaraq İspaniya "Barselona"sında çıxış edən Ksavye Mbuyamba ilə müqavilə imzalayıb.
18 yaşlı niderlandlı müdafiəçi 3 illik sözləşməyə qol çəkib. O, "Çelsi"yə azad agent kimi keçib.
Qeyd edək ki,Ksavye Mbuyamba "Barselona"dadebüt etməyib və klubunU-19 komandasında oynayıb.