
Avqustun 23-i UEFA Çempionlar Liqasında 2019/2020 mövsümünə yekun vurulacaq.
Cempion.az xəbər verir ki, almaniyalı baş məşqçi Hans Flikin çalıştırdığı ''Bavariya'' bu mövsüm Çempionlar Liqasında çıxdığı 10 maçı qazanaraq kuboka nə qədər layiq olduqlarını göstərdilər. Daha öncə 1973-74, 1974-75, 1975-76, 2000-01 və 2012-13 mövsümlərinin qalibi olan ''Bavariya'' bu dəfə də bir nömrəli klub turnirinin sahibi olmaq istəyir.
Almaniya təmsilçisi B Qrupunda Serbiyanın ''Srvena Svezda'', İngiltərənin ''Tottenhem'' və Yunanıstanın ''Olimpiakos'' klublarıyla mübarizə apardı və ''Tottenhem''i 7-2, ''Srvena Svezda''nı 6-0, ''Olimpiakos''u 2-0 məğlub edərək qarşısı alınmaz olduqlarını sübut etdilər.
1/16-də İngilterənin ''Çelsi'' klubu ilə qarşılaşan ''Bavariya'' rəqibini ''Stemford Bric''də 3-0, ''Allianz Arena''da isə 4-1 mağlub ederek adlarını 1/8-ə yazdırdılar.
Koronavirus (Covid-19) səbəbinə görə verilən fasilədən sonra yarımfinal qarşılaşmaları Portuqaliyanın Lisbon şəhərində keçirilməli oldu. Burada ''Bavariya'' turnirin favoritlərindən göstərilən ''Barselona''nı 8-2 məğlub edərək tarixi qələbəyə imza atdılar.
Bu qalibiyyətdən sonra Almaniya təmsilçisi Çempionlar Liqasının yarımfinalında 8 qol vuran ilk klub oldu.
1/2-də Fransanın ''Lion'' klubunu da asanlıqla məğlub edən ''Bavariya'' final qarşılaşmasında PSJ ilə qarşılaşacaq.
İstatiskalarda ''Bavariya'' liderdi
- Çempionlar Liqasında finala qədər 42 qol atan ''Bavariya'' ən yaxın rəqibi PSJ-ni (25) 17 qol qabaqlayır.
Levandoviski rekorda doğru
- Almanya klubunda karyerasının ən yaxşı mövsümünü keçirən Robert Levandovski komanda da ən çox qol vuran oyunçudur. Bundesliqanı 34 qolla lider tamamlayan polşalı qolçu uğurlu oynunu Çempionlar Liqasında da davam etdirdi və 10 qarşılaşmada 15 qol vurmağa nail oldu.
Final oyununda ulduz hücumçu 2 qol vura bilsə, o zaman Ronaldonun Çempionlar Liqasındakı rekorduna şərik olacaq.
''Bavariya''nı UEFA Çempionlar Liqasında finala gətirən yol:
Tur | Qarşılaşmalar | (Ev,səfər) |
B Qrupu | ''Bavariya''-''Srvena Svezda'' | 3-0, 6-0 |
B Qrupu | ''Bavariya''-''Tottenhem'' | 3-1, 7-2 |
B Qrupu | ''Bavariya''-''Olimpiakos'' | 2-0, 3-2 |
Son 1/16 | ''Bavariya''-''Çelsi'' | 4-1, 3-0 |
Yarımfinal | ''Bavariya''-''Barselona'' | 8-2 |
Yarımfinal | ''Bavariya''-''Lion'' | 3-0 |