çərşənbə axşamı, 05 avqust 2025

DÜNYA FUTBOLU

''Seltik''in yeni hədəfi

21.08.2020 15:00 Oxundu 585

''Trabzonspor''un qanalı hücumçusu karyerasını Şotlandiyada davam etdirə bilər.

Cempion.az  ''GHANASoccernet.com''-a istinadən xəbər verir ki, ''Seltik'' klubu ''bordo-mavililər''də uğurlu mövsüm keçirən Kaleb Ekubana göz dikib. Şotlandiya təmsilçisi hücumçu üçün ''Trabzonspora" təklif göndərib. Qanalı futbolçu üçün ''yaşıl bəyazlılar'' 5 milyon avro təklif etsələr də, qarşı tərəf ''Seltik'' rəhbərliyindən 7 milyon avro tələb edir.

Qeyd edək ki, Ekuban bu mövsüm ''Trabzonspor'' formasıyla 34 oyuna çıxıb, 10 qol, 11 məhsuldar ötürmə ilə yadda qalıb.