çərşənbə axşamı, 05 avqust 2025

DÜNYA FUTBOLU

Kumanın köməkçiləri müəyyənləşib

21.08.2020 16:30 Oxundu 586

İspaniyanın "Barselona" klubunun yeni baş məşqçisi Ronald Kumanın köməkçiləri müəyyənləşib. 

Cempion.az xəbər verir ki, Kataloniya təmsilçisinin rəsmi saytı xəbər verir ki, isveçli Henrik Larsson və niderlandlı Alfred Sxröder 67 yaşlı mütəxəssisin köməkçiləri təyin edilib. 

Qeyd edək ki, Henrik Larsson 2004 - 2006-cı illərdə "Barselona"nın formasını geyinib. O, Kataloniya klubu ilə Çempionlar Liqasının və iki dəfə İspaniya çempionatının qalibi olub. 

"Barselona" Ronald Kumanla iki illik müqavilə imzalayıb.