bazar, 03 avqust 2025

BİZİM FUTBOL

''Qarabağ''dan inamlı qələbə 

22.08.2020 21:49 Oxundu 3182

Futbol üzrə Azərbaycan Premyer Liqasında yeni mövsümə start verilib.

Cempion.az xəbər verir ki, ölkəmizi Çempionlar Liqasında təmsil edən "Qarabağ" "Sabah"ı qəbul edib. Bu komandalar yay təlim-məşq toplanışı çərçivəsində 2 dəfə qarşılaşıblar. Qəbələdə rəqibinə uduzan (1:2) Ağdam təmsilçisi Bakıda qalib (2:0) gəlib.
 
Qeyd edək ki, ilk tura sabah keçiriləcək "Qəbələ" - "Zirə" oyunu ilə yekun vurulacaq.
Xatırladaq ki, dünən keçirilən iki görüşlə çempionatda 165 günlük fasilə bitib. Ölkəmizdə koronavirus pandemiyasına görə mart ayından çempionat oyunları keçirilmirdi.
Əlavə edək ki,  koronavirus pandemiyasına görə Premyer Liqanın oyunları azarkeşsiz keçirilir.
22 avqust (şənbə)
20:00. “Qarabağ” – “Sabah” - 2:0 (İkinci hissə)
Qollar: 
Mahir Emreli, 45,58
“Azersun Arena”
23 avqust (bazar)
19:00. “Qəbələ” – “Zirə”
Qəbələ şəhər stadionu
21 avqust
 
20:30. “Neftçi” – “Səbail” - 2:1
18:30. “Sumqayıt” – “Keşlə” - 0:1

 
N Klublar O Q H M T-F X
1 Neftçi 1 1 0 0 2-1 3
2 Keşlə 1 1 0 0 1-0 3
3 Qarabağ 0 0 0 0 2-0 3
4 Zirə 0 0 0 0 0 0
5 Sabah 0 0 0 0 0 0
6 Qəbələ 0 0 0 0 0 0
7 Səbail 1 0 0 1 1-2 0
8 Sumqayıt 1 0 0 1 0-1 0