22.08.2020 13:43
651


''Çelsi''nin ''Lester''in müdafiəçisi ilə maraqlandığın xəbər vermişdik.
Cempion.az xəbər verir ki, ingiltərəli jurnalist David Ornstein məlumatına görə, London təmsilçisi gələn mövsüm üçün güclü heyət qurmaöa çalışır. ''Çelsi''nin əsas məqsədi sol cinah müdafiəsini gücləndirməkdi. Bunun üçün ''Lester''də uğurlu mövsüm keçirən Ben Çilveli komandaya cəlb etmək istəyirlər. Futbolçu ilə razılıq əldə edən ''zadəganlar'' ''Lester Siti'' rəhbərliyi ilə də danşıqları müsbət yekunlaşdırıblar. Transferin yaxın günlərdə açıqlanacağı gözlənilir.
Qeyd edək ki, “Lester”in yetirməsi olan Çilvell, bu mövsüm Premyer Liqada 27 qarşılaşmada iştirak edib.