çərşənbə, 24 dekabr 2025

DÜNYA FUTBOLU

"Fənərbağça"da ayrılıq

23.08.2020 11:14 Oxundu 648

Ötən mövsümün qış fasiləsində adı "Qarabağ"la hallanan Alper Potuk "Fənərbağça"dan ayrılıb.

Cempion.az xəbər verir ki, 29 yaşlı futbolçunun müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib.

 Alper 2013-cü ildən İstanbul klubunda çıxış edirdi. Türkiyə millisinin keçmiş üzvü son 2 mövsüm Super Liqada 13 oyun keçirib.