23.08.2020 11:44
588


''Barselona'' heyətinə yeni futbolçu cəlb etmək istəyir.
Cempion.az ''AS'' nəşrinə istinadən xəbər verir ki, gələn mövsümün planlarını quran Kuman Kataloniya klubuna cəlb edəcək futbolçuların siyahısını hazırlayır. Niderlandlı mütəxəsissin əsas məqsədi yarımmüdafiə xəttini gücləndirməkdir. ''Barselona''nın baş məşqçisi ''Ayaks''da forma geyinən Donni van de Beeki komandaya cəlb etmək istəyir. Kuman bu transferlə yarımmüdafiənin mərkəzində De Yonq ilə Beek tandemini yaratmaq istəyir.