bazar, 03 avqust 2025

DÜNYA FUTBOLU

PSJ-də sevindirici xəbər

23.08.2020 12:14 Oxundu 572

PSJ-nin zədəli qapıçısı Keylor Navas sağalıb.

Cempion.az xəbər verir ki, 33 yaşlı qolkiperin Çempionlar Liqasının finalında "Bavariya" ilə matçda meydanda olacağı gözlənilir. O, 1/4 finalda "Atalanta" ilə oyunda zədələmişdi.

Bundan başqa  "Bavariya"nın yarımfinalda "Lion"la matçda (3:0) xəsarət alan müdafiəçisi Jeremi Boatenq  də sağalıb. 31 yaşlı futbolçu turnirin həlledici görüşündə iştirak edə bilər.

Qeyd edək ki, sabah Lissabonda "Estadio da Luz" stadionunda keçiriləcək PSJ - "Bavariya" matçı Bakı vaxtı ilə 23:00-da başlayacaq.