23.08.2020 13:15
556

Bu gün UEFA Çempionlar Liqasında 2019/20 mövsümünün qalibi müəyyənləşəcək.
Cempion.az xəbər verir ki, həlledici görüşdə Almaniyanın “Bavariya” və Fransanın PSJ klubları üz-üzə gələcək. Portuqaliyanın Lissabon şəhərindəki “Eştadiu da Luş” stadionunda keçiriləcək qarşılaşma saat 23:00-da start götürəcək.
“Bavariya” bu mövsüm Çempionlar Liqasında keçirdiyi 10 qarşılaşmanın hamısında qələbə qazanıb. PSJ isə 10 oyunda 8 qələbə qazanıb, 1 dəfə də məğlub olub.
Çempionlar Liqası, final
23 avqust
23:00 ''Bavariya'' (Almaniya) – PSJ (Fransa)
Baş hakim: Daniel Orsato (İtaliya)