23.08.2020 15:00
604

"Yuventus" "Barselona"nın futbolçusu Lionel Messi ilə maraqlanır.
Cempion.az "Corriere dello Sport" nəşrinə istinadən xəbər verir ki, Turin klubunun hücum xəttində Messi və Ronaldonun oynamasını istədiyi vurğulanıb. Argentinalı hücumçunun Kataloniya təmsilçisi ilə müqaviləsi 2021-ci ilin yayında başa çatır. Onun "Barselona"dan ayrılmaq variantı haqda düşündüyü bildirilir.