23.08.2020 15:30
635


İngiltərənin ''Arsenal'' klubu heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.
Cempion.az Fransa mətbuatına istinadən xəbər verir ki, ''topçular'' ''Lill''də forma geyinən Qabriel Maqalhes ilə yaxından maraqlanır. 22 yaşlı futbolçu ilə şəxsi razılıq əldə olunub. Brazilyalı müdafiəçinin klubu ilə də danşıqlar müsbət nəticələnsə, ''Arsenal'' klubu Maqalheslə 5 illik müqavilə imzalayacaq.