23.08.2020 17:40
591
591

Xorvatiyalı mütəxəssis İqor Tudor “Yuventus” klubunda çalışacaq.
Cempion.az xəbər verir ki, bu barədə Turin təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Tudor, “Yuventus”un yeni baş məşqçisi Andrea Pirlonun köməkçisi olacaq.
Qeyd edək ki, Tudor 1998-2007-ci illər aralığında futbolçu kimi “Yuventus”da çıxış edib.