24.08.2020 11:47
621


Türkiyənin ''Qalatasaray'' klubu heyətini yeni futbolçu ilə gücləndirmək istəyir.
Cempion.az ESPN nəşrinə istinadən xəbər verir ki, ''sarı qırmızı''lı klub ''Borunmut''da forma geyinən kolombiyalı dayaq yarımmüdafiəçisi Ceferson Lermanı heyətinə cəlb etmək istəyir. Futbolçunun Fatih Terim ilə görüşdüyü və ''Qalatasaray''a gəlməyə razılıq verdiyi bildirilir. İngiltərə təmsilçisi Lermanın transferinə razılıq versə, yarımmüdafiəçi 1 illik icarə əsasında Türkiyə təmsilçisinin uğurları üçün çalışacaq.
Qeyd edək ki, ''Borunmut'' Çempionşipdə mübarizə aparacaq.