24.08.2020 13:15
633

Poqbanın ''Mançester Yunayted''dəki gələcəyinə aydınlıq gəlib.
Cempion.az xəbər verir ki, Paul Poqbanın meneceri Mino Raiola 27 yaşındaki futbolçunun ''Mançester Yunayted''də qalacağını açıqlayıb.
İngilis klubunun gələcək bütün təklifləri rədd edəcəyini qeyd edən Raiola, yarımmüdafiəçinin gələcək karyerası ilə bağlı bunları deyib: ''Yeni müqavilə üçün yaxında görüşmələrə başlayacağıq. Poqba ''Mançester Yunayted'' üçün çox önəmli bir futbolçudur. Komandanın uğurları üçün də hər şey edəcəyinə inanıram".
Qeyd edək ki, keçən mövsüm zədə səbəbinə görə 22 rəsmi oyunda 1 qolla yadda qalıb.