çərşənbə axşamı, 05 avqust 2025

DÜNYA FUTBOLU

Çempionlar Liqasında yeni rekord

24.08.2020 13:25 Oxundu 549


“Bavariya” UEFA Çempionlar Liqasının final matçında PSJ-yə 1:0 hesabı ilə qalib gəlib.

Cempion.az xəbər verir ki, Kinqsli Komanın vurduğu qələbə qolu münhenlilərin cari mövsümdə turnirdəki 44-cü qolu olub. Almanlar bu göstəricini əldə edən ilk komanda olub. “Bavariya” turnir tarixində bir mövsümdə ən çox qol vuran komanda olaraq yeni rekord müəyyənləşdirib.

Bundan başqa, Almaniya təmsilçisi bu mövsüm turnirdə keçirdiyi 11 oyunun hamısında qalib gələrək, özünün 2013-cü ildəki 10 matçlıq qələbə rekordunu yeniləyib.