24.08.2020 14:30
618


PSJ-nin kapitanı Tyaqo Silva komandadan ayrılıb.
Cempion.az xəbər verir ki, braziliyalı təcrübəli müdafiəçi bu barədə Çempionlar Liqasının finalında "Bayern"ə 0:1 hesabı ilə uduzduqları oyundan sonra məlumat verib.
35 yaşlı mərkəz müdafiəçisi "Çelsi" ilə razılaşıb. Onun tezliklə Londona yollanacağı gözlənilir.
Qeyd edək ki, PSJ Silvanı 2012-ci ildə "Milan"dan 42 milyon avroya transfer etmişdi.