24.08.2020 15:30
599


Messini transfer etmək istəyən 700 milyon avrosundan keçməli olacaq.
Cempion.az "Daily Mirror" xəbər verir ki, ulduz futbolçunu əldə etmək istəyən klublar bu məbləği tam ödəməli olacaq. Barselonanın forvardı ilə İtaliya "İnter"i, Fransa PSJ-si və İngiltərə təmsilçisi "Mançester Siti" yaxından maraqlanırlar.
Xatırladaq ki, Lionel Messinin "Barselona" ilə müqaviləsi 2021-ci ilin yayında başa çatır. Klub onu komandada saxlamaq niyyətindədir.
Qeyd edək ki, Messi ötən mövsüm 44 oyuna 31 qol vurub və 24 məhsuldar ötürmə verib.
"Transfermarkt.de" ulduz futbolçuya 112 milyon avro qiymət qoyub.