bazar, 03 avqust 2025

DÜNYA FUTBOLU

''Çelsi''dən 100 milyon avroluq təklif

24.08.2020 16:30 Oxundu 583

''Çelsi'' ''Leverkuzen''in futbolçusu ilə maraqlanır.

Cempion.az xəbər verir ki, bir müddətdir adı ''zadəganlar''la çəkilən Haverts İngiltərə klubuna keçməyə çox yaxındır. Futbolçu ilə danışıqlar müsbət bitsə də, ''Leverkuzen'' tərəfi ilə danşıqlar davam edir. Son olaraq ''Çelsi'' rəhbərliyi almanlara ilkin olaraq 80 milyon avro ödəməyə hazır olduqlarını bildiriblər. Daha sonra isə əlavə 20 milyon avro da ödəniləcəyi qeyd edilir. ''Leverkuzen'' tərəfinin bu təklifi qəbul edəcəyi gözlənilir.