bazar, 03 avqust 2025

DÜNYA FUTBOLU

Brazilyalı futbolçu "Arsenal"ın hədəfində

24.08.2020 17:00 Oxundu 603

Almaniyanın "Bavariya" klubu Çempionlar Liqasını (ÇL) qazanan Filippe Koutinyo karyerasını yenidən İngiltərədə davam etdirə bilər.

Cempion.az "Daily Mail" nəşrinə istinadən xəbər verir ki, "Arsenal" 28 yaşlı yarımmüdafiəçini icarəyə götürmək niyyətindədir. 

Braziliyalı oyunçu müqavilə ilə İspaniyanın "Barselona" klubuna məxsusdur. O, 2013 - 2018-ci illərdə İngiltərənin "Liverpul" klubunun formasını geyinib. 

Qeyd edək ki, "Bavariya" ÇL-in finalında PSJ-ni 1:0 hesabı ilə məğlub edərək 6-cı dəfə kubokun qalibi olub. Koutinyo 2019/2020 mövsümündə "Bavariya"da 37 matçda meydana çıxıb, 11 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.