bazar, 03 avqust 2025

DÜNYA FUTBOLU

"Beşiktaş" ÇL-da mübarizəyə başlayır

25.08.2020 10:48 Oxundu 595

Bu gün UEFA Çempionlar Liqasında (ÇL) II, Avropa Liqasında (AL) isə I təsnifat mərhələsinə start veriləcək. 

Cempion.az-in məlumatına görə, ÇL-da 2, AL-da isə bir matç keçiriləcək. 

I təsnifat mərhələsində Gürcüstanın "Dinamo" komandasını mübarizədən kənarlaşdıran Albaniya çempionu "Tirana" Serbiya "Srvena Zvezda"sını qəbul edəcək. Türkiyənin "Beşiktaş" klubu isə Yunanıstanda PAOK-un müqavimətini qırmağa çalışacaq. 

Avropa Liqasındakı yeganə oyunda isə "Riteryay" Latviyada İrlandiyanın "Derri Siti" komandasını sınağa çəkəcək. 

UEFA Çempionlar Liqası

II təsnifat mərhələsi

22:00. "Tirana" (Albaniya) - "Srvena Zvezda" (Serbiya) 

22:00. PAOK (Yunanıstan) - "Beşiktaş" (Türkiyə)

Avropa Liqası

I təsnifat mərhələsi

22:00. "Riteryay" (Latviya) - "Derri Siti" (İrlandiya)