25.08.2020 12:15
639


“Keşlə” növbəti transferini reallaşdırıb.
Cempion.az klubun rəsmi saytına istinadən xəbər verir ki, paytaxt təmsilçisi son 4 ili “Sumqayıt”da keçirən Rail Məlikovla mövsümün sonuna qədər müqavilə imzalayıb.
Qeyd edək ki, 34 yaşlı müdafiəçi bunadək “Bakı”, “Neftçi”, “Qəbələ”, AZAL, Türkiyənin “Dənizlispor” klublarında çıxış edib.Məlikov Azərbaycan millisində 40 oyun keçirib.