bazar, 03 avqust 2025

DÜNYA FUTBOLU

''Arsenal''da uzunmüddətli müqavilə

25.08.2020 13:46 Oxundu 588


''Arsenal'' klubu iki futbolçusu ilə uzunmüddətli müqavilə imzalayıb.

Cempion.az klubun rəsmi saytına istinadən xəbər verir ki, keçən mövsümdən ''Arsenal''da icarə əsasında forma geyinən ispaniyalı müdafiəçi Mari və portuqaliyalı sağ cinah oyunçusu Soares ilə uzunmüddətli müqavilə imzalanılıb.

İngiltərə mətbuatında yayılan xəbərə görə, ''Arsenal'' Marinin transferi üçün ''Flamenqo''ya 8 milyon avro ödəyəcək. Soares isə azad agent kimi kluba cəlb edilib.

Qeyd edək ki, keçən mövsüm ''topçular''ın formasıyla Mari 3, Soares isə 5 qarşılaşmada forma geyinib.