bazar, 03 avqust 2025

BİZİM FUTBOL

Törə Əhmədova: ''Birinci dəfədir ki, biz bu söhbəti eşidirik''

25.08.2020 14:15 Oxundu 712

“Zirə”dən ayrılmış qapıçı Orxan Sadıqlının tezliklə “Səbail”ə transfer olacağı ilə bağlı yerli mətbuatda xəbərlər yayılıb.

Bununla bağlı “Səbail” klubunun mətbuat xidmətinin rəhbəri Törə Əhmədova Cempion.az-a açıqlama verib. O bildirib ki,  birinci dəfədir ki, biz bu söhbəti eşidirik: “Dənizçilər” tərəfindən “Xəzər-Lənkəran”ın yetirməsi olan Orxan Sadıqlıya təklif göndərilməyib. Yayılan xəbərlər həqiqəti əks etdirmir. Hazırda “Səbail”in gündəmində qolkiper transferi yoxdur''.