çərşənbə, 24 dekabr 2025

DÜNYA FUTBOLU

Bu futbolçular  ''Qalatasaray''dan ayrılacaq

25.08.2020 15:29 Oxundu 688


Türkiyənin ''Qalatasaray'' klubu 3 futbolçu ilə yollarını ayırmağı planlaşdırır.

Cempion.az xəbər verir ki, ''sarı qırmızılı''lar Babel, Belhanda və Fequli üçün gələn transfer təkliflərinin dəyərləndiriləcəyini bildiriblər.

Niderlandlı hücumçu üçün ''Fulhem'', mərakeşli yarımmüdafiəçi üçün ''Al İttihad'' və Fequli üçün isə ''Olimpiyakos''un təklif gğndərəcəyi gözlənilir.

Qeyd edək ki, ''Qalatasaray'' transfer dönəmində bu günə qədər sadəcə 1 milyon 430 min avroya Maykonu ''Al Nəssr'' klubuna satıb.