25.08.2020 16:27
576


UEFA Millətlər Liqasının başlanmasına 9 gün qalır.
Cempion.az xəbər verir ki, sentyabrın 3-də startı veriləcək turnirə maraq böyükdür. Artıq bir neçə komanda heyətini açıqlayıb. Bunlardan biri də Portuqaliya yığmasıdır. Baş məşqçi Fernandu Santuş 25 futbolçuya dəvət göndərib. Onların arasında Antoni Lopes, Rui Patrisio, Joao Kanselo, Pepe, Brunu Fernandeş, Joao Moutinyo, Bernardo Silva, Kriştiano Ronaldo, Joao Feliş kimi futbolçular var. Baş məşqçi Fernandu Santuş yenidən fəxri mükafatı qazanmaq arzusunda olduğunu bildirib.