25.08.2020 16:57
636
636

Robert Levandovski Polşa millisinin Millətlər Liqasında Niderland və Bosniya və Herseqovina yığmaları ilə keçirəcəyi oyunlarda iştirak etməyəcək.
Cempion.az xəbər verir ki, bu barədə Polşa millisinin baş məşqçisi Eji Bjeçek “Bild” nəşrinə açıqlamasında deyib. O, Levandovskinin istirahətə ehtiyaca olduğunu və bu səbəbədən də Millətlər Liqasındakı matçlara dəvət almayacağını deyib.
Xatırladaq ki, Polşa millisi sentyabrın 4-də Niderland, 7-də isə Bosniya və Herseqovina ilə qarşılaşacaq.