bazar, 03 avqust 2025

BİZİM FUTBOL

İtaliya səfiri Byazi ilə görüşüb

25.08.2020 18:20 Oxundu 710

İtaliyanın Azərbaycandakı səfiri Augusto Massari Azərbaycan milli futbol komandasının yeni baş məşqçisi De Byazi ilə görüşüb.

Cempion.az-ın məlumatına görə, Görüşdə səfir Auqusto Massari Canni De Byaziyə yeni vəzifəsi münasibətilə təbrik edib və onun Azərbaycana gəlməsini İtaliyaya bu ölkədə daha çox nüfuz qazandıracağına əmin olduğunu bildirib.

Qeyd edək ki, De Byazi bir neçə gün öncə Bakıya gəlib. O, Azərbaycan Futbol Federasiyası ilə 2021-ci ilin noyabr ayına qədər davam edəcək müqavilə imzalayıb. De Byazi keçmiş futbolçu Claudio Belluccii, Bolonya və Sampdoriyanın keçmiş futbolçuları da daxil olmaqla, dörd köməkçidən ibarət heyətlə işləyəcək.

De Byazi üçün ilk rəsmi görüş sentyabrın 5-də Bakıda keçiriləcək Millətlər Liqası matçında Azərbaycanın Lüksemburqla qarşılaşması olacaq.