bazar, 03 avqust 2025

DÜNYA FUTBOLU

Messi  "Barselona"dan gedir

26.08.2020 09:58 Oxundu 561

İspaniya "Barselona"sı komandanın kapitanı Lionel Messinin Kataloniya təmsilçisindən ayrılmağa qərar verdiyini təsdiqləyib.

Cempion.az xarici mətbuata istinadla xəbər verir ki, argentinalı futbolçu bu barədə rəhbərliyə məlumat verib.

Bildirilib ki, 33 yaşlı hücumçu müqaviləsindəki xüsusi bənddən istifadə edərək sözləşməsini birtərəfli şəkildə pozmaq fikrindədir.

Amma "Barselona" təcrübəli oyunçunu heyətdə saxlamaq üçün bütün gücünü səfərbər etməyi planlaşdırır.

Qeyd edək ki, Messi ilə İngiltərənin "Mançester Siti", "Mançester Yunayted" klubları, Fransa PSJ-si və İtaliya "İnter"i yaxından maraqlanır.