çərşənbə axşamı, 05 avqust 2025

BİZİM FUTBOL

"Qarabağ" növbəti mərhələdə - YENİLƏNİB

26.08.2020 21:53 Oxundu 1829


Çempionlar Liqasında 2-ci təsnifat mərhələsinə start verilib.

Cempion.az xəbər verir ki, təmsilçimiz "Qarabağ" da bu gün meydana çıxıb. Qurban Qurbanovun komandası Bakıda Tofiq Bəhramov adına Respublika stadionunda  Moldova "Şerif"ini qəbul edib. Qarşılaşmanın 22-ci dəqiqəsində təmsilçimiz Uroş Matiçin qoli ilə hesabda önə çıxıb. Növbəti qolu Ağdam təmsilçisinin hücumçusu Mahir Emreli (63) fəqlənib. Qonaqlardan isə Kastanade oyunun 78-ci dəqiqəsində fərqlənərəq hesabı minimuma endirib. Qarşılaşmada başqa qol olmayıb.

Xatırladaq ki, "Qarabağ" 1-ci təsnifat mərhələsində Şimali Makedoniya "Sileksi"nə 4:0 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, "Şerif" artıq dördüncü dəfə avrokuboklarda "Qarabağ"a rəqib olub. Bundan əvvəlki görüşlərdə təmsilçimiz Moldova klubundan güclü olub. 2017/18 mövsümündə Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində "Şerif"i mübarizədən kənarlaşdıran (0:0, 2:1) Ağdam təmsilçisi növbəti dəfə Avroliqanın pley-offunda tiraspollularla üz-üzə gəlib. 2018/19 mövsümündəki duellərdə də "Qarabağ" üstün tərəf olaraq (0:1, 3:0) qrup mərhələsinə yüksəlib.
 

UEFA Çempionlar Liqası

2-ci təsnifat mərhələsi

20:00. "Qarabağ" (Azərbaycan) – "Şerif" (Moldova) - 2:1 (Birinci hissə)
Qol
:  Uroş Matiç, 22-pen, Mahir Emreli, 63, Kastaneda, 78
Qırmızı vərəqə: Abanq, 37 ("Şerif")
Hakimlər: Mikola Balakin, Viktor Matyaş, Sergey Pristupa, Andrey Kovalenko (hamısı Ukrayna)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu