26.08.2020 12:30
614

İtaliyada iyul aynın ən yaxşı futbolçusu müəyyənləşib.
Cempion.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Türkiyə millisinin üzvü Hakan Çalhanoğlu iyul ayında göstərdiyi oyunla Futbolçular Birliyi tərəfindən hər ay verilən "Ayın futbolçusu'' mükafatına layiq görülüb.
Yarımmüdafiəçi 2019-2020 mövsümündə ümumilikdə 11 qol atıb, bunlardan sadəcə 5-ni iyul ayında çıxdığı oyunlarda vurub.
Qeyd edək ki, Çalhanoğlu bu oyunla keçən mövsüm ''Milan''da ən uğurlu mövsümünü keçirib.