
İtaliyanın ''Roma'' klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Cempion.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 33 yaşındaki Pedronun İngiltərənin ''Çelsi'' klubundan pulsuz olaraq transfer edildiyi və hücumçu ilə 30 iyul 2023-cü ilə qədər müqavilə imzalandığı açıqlanıb.
İspaniyalı hücumçu keçidi ilə bağlı bunları deyib: "Roma''ya transfer olduğuma görə çox xoşbəxtəm. ''Roma'' forması altında yeni mövsümün oyunlarına çıxmağı səbirsizliklə gözləyirəm. Məni qarşılamağa gələn azarkeşlərə də minnətdaram. Onları öz oyunumla xoşbəxt edəcəyimə inanıram" .
''Barselona''nın aşağı yaş qrupunda karyerasına başlayan Pedro Kataloniya klubu ilə 3 dəfə UEFA Çempionlar Liqasının qalibi olub. Hücumçu İspanya yığması ilə 2010-cı il Dünya çempionluğu, 2012-cı ildə isə Avropa çempionluğunu yaşayıb.