26.08.2020 14:06
564


"Fənərbağça" növbəti transferini bitirib.
Cempion.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul təmsilçisi Meksikanın "Tiqres" klubundan ayrılan ekvadorlu Enner Valensiya ilə razılığa gəlib.
30 yaşlı futbolçu bu gün Türkiyəyə gəlib, tibbi müayinədən keçəcək. Valensiya ilə 2 illik müqavilə imzalanacaq.
Qeyd edək ki, Ekvador millisinin üzvü ötən mövsüm "Tiqres"də keçirdiyi 29 oyunda 2 qol vurub, 5 məhsuldar ötürmə edib.
Valensiya İngiltərənin "Vest Hem" və "Everton" klublarında da çıxış edib.