26.08.2020 15:12
570

''Valensiya''nın hücumçusu karyerasını İngiltərədə davam etdirəcək.
Cempion.az İspaniya klubunun rəsmi saytına istinadən xəbər verir ki, 29 yaşındaki Rodriqonun transferində ''Lids Yunayted'' klubu ilə razılıq əldə olunub.
Transferin qiyməti açıqlanmasa da ingilis və ispaniya mətbuatında çıxan xəbərlərə görə, İngiltərə təmsilçisi Rodriqo üçün qarşı tərəfə 40 milyon avro ödəyəcək.
Karyerasına ''Selta Viqo''da başlayan Rodriqo ''Valensiya''dan başqa ''Real Madrid'', ''Benfika'' və ''Bolton'' kimi klubların formasını geyinib.
Qeyd edək ki, 6 il ''Valensiya'' klubunda forma geyinən hücumçu çıxdığı 220 maçta 59 qolla yadda qalıb.