26.08.2020 15:42
587


İtaliyanın "İnter" klubu baş məşqçisi Antonio Konte ilə yollarını ayırmayacaq.
Cempion.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 51 yaşlı mütəxəssislə görüşən rəhbərlik onunla əməkdaşlığın davam etdirilməsinə qərar verib.
Daha əvvəl İtaliya mətbuatı Kontenin klub rəhbərliyi ilə arasında fikir ayrılığı yarandığı üçün istefa vermək istədiyini yazıb.
Qeyd edək ki, bu mövsüm A Seriyasında 2-ci yeri tutan "İnter" UEFA Avropa Liqasının finalında İspaniya "Sevilya"sına 2:3 hesabı ilə uduzaraq gümüş medallarla kifayətlənib.