bazar, 03 avqust 2025

DÜNYA FUTBOLU

Superliqada azarkeşlər meydana buraxılacaq

26.08.2020 16:12 Oxundu 589

Türkiyə çempionatında yeni mövsümdən etibarən azarkeşlərin meydanlara buraxılmasına icazə verilib.

Cempion.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb. Qərara əsasən, okytabr ayından tribunaların yalnız 30%-nin doldurulması şərtilə azarkeşlər stadionlara buraxılacaq. Şübhəsiz ki, bütün zəruri tibbi qaydalara əməl olunacaq. Futbolsevərlərin tribunalarda oturacaq seçimi sərbəst olacaq.

Qeyd edək ki, Türkiyə Superliqası sentyabrın 11-dən start götürəcək.