
Bu gün “Neftçi” UEFA Avropa Liqasında mübarizəyə başlayıb.
Cempion.az xəbər verir ki, “ağ-qaralar” turnirin 1-ci təsnifat mərhələsi çərçivəsində Şimali Makedoniyanın “Şkupi” klubunu qəbul edib. 8-ci km stadionunda keçiriləcək oyuna saat 20:00-da start verilib.
Koronavirusla əlaqədar olaraq təsnifat mərhələləri bir oyundan ibarətdir və azarkeşsiz keçirilir. “Ağ-qaralar” bu oyunda çətin qələbə sayəsində növbəti mərhələyə vəsiqə qazanıblar.
UEFA Avropa Liqası, 1-ci təsnifat mərhələsi
27 avqust
''Neftçi'' (Azərbaycan) – ''Şkupi'' (Şimali Makedoniya) 2:1
Qol: S.Buqrin, 66. A.Krivotsyuk, 88 – D.Darbo, 90+3.
Qırmızı vərəqə: U.Qudyabi, 70.
Hakimlər: Aleksandrs Qolubevs, Raymonds Tatriks, Yevgeniys Morozovs, Artis Kenins (hamısı Latviya)
Bakı. 8-ci km stadionu.