27.08.2020 23:45
1227


Bu gün Avropa Liqasında 1-ci təsnifat mərhələsinə yekun vurulacaq.
Cempion.az xəbər verir ki, Azərbaycanın turnirdəki təmsilçilərindən olan “Keşlə” də mübarizəyə başlayır. Paytaxt klubu Albaniya təmsilçisi “Laçi”ni qəbul edəcək. “ASK Arena”da keçiriləcək oyuna saat 21:00-da start veriləcək.
Komandalar avrokuboklarda ikinci dəfə üz-üzə gələcəklər. 2015/16-cı il mövsümündə, “Keşlə” “İnter” adlanan vaxt klublar Avropa Liqasının 1-ci təsnifat mərhələsində qarşılaşıb və iki oyunun nəticəsinə görə Bakı təmsilçisi mərhələ adlayıb (1:1, 0:0).
Koronavirusla əlaqədar olaraq təsnifat mərhələləri bir oyundan ibarətdir və azarkeşsiz keçirilir.
UEFA Avropa Liqası, 1-ci təsnifat mərhələsi
27 avqust
''Keşlə'' (Azərbaycan) – ''Laçi'' (Albaniya) 0:0 (penaltilər 4:5)
Qırmızı vərəqə: Ş.Əliyev, 112 – L.Ramos, 72.
Hakimlər: Qoqa Kikaçeyşvili, Davit Qabisoniya, Davit Axvlediani, İrakli Kvirikaşvili (hamısı Gürcüstan)
Bakı. “ASK Arena”.