
UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsi oynanan 11 qarşılaşma ilə yekunlaşıb.
Cempion.az xəbər verir ki, tək oyundan ibarət olan 2-ci təsnifat mərhələsinin oyunlarından sonra AZ ''Alkmaar'', 'Qar'abağ'', ''Molde'', ''Makkabi'' (Tel Əviv ), ''Rapid'' Vyana, “Midtüllann”, ''Dinamo'' Brest, ''Omoniya'', ''Dinamo'' ( Zaqreb ), “Yanq Boyz” və “Ferensvaroş” 3-cü təsnifat mərhələsinə yüksəliblər.
2-ci təsnifat mərhələsində keçirilən oyunların nəticələri:
AZ ''Alkmaar'' (Niderland) - ''Viktoria'' Pilizen (Çexiya): 3-1 ( Əlavə vaxtda )
''Qarabağ'' (Azərbaycan) - ''Şerif'' (Moldova): 2-1
''Çeyle'' (Slovenya) - ''Molde'' (Norveç): 1-2
''Suduva'' (Litva) - ''Makkabi'' (Tel Əviv ) (İsrail): 0-3
''Lokomotiv'' Zaqreb (Xorvatiya) - ''Rapid'' Vyana (Avusturya): 0-1
''Ludoqorets'' (Bolqarıstan) - “Midtüllann” (Danimarka): 0-1
''Dinamo'' Brest (Belarusya) - Saraybosniya (Bosnya Hersoveqanya): 2-1
''Legia'' Varşava (Polşa) - “Omoniya” (Kipr): 0-2 (Əlavə vaxtda)
''Kluj'' (Ruminiya) - ''Dinamo'' Zaqreb (Xorvatiya): 2-2 (penaltılərdə 5-6)
“Yanq Boyz” (İsveçrə) - ''Klaksvik'' (Farer Adaları): 3-1
''Seltik'' (Şotlandiya) - “Ferensvaroş” (Macarıstan): 1-2