
Futbol üzrə Türkiyə Super Liqasında 2020/21 mövsümünün püşkü atılıb.
Cempion.az xəbər verir ki, yeni mövsümə sentyabrın 11-də start veriləcək.
Yeni mövsümdə Super Liqada 21 komanda yarışacaq. Hər komanda mövsüm ərzində 40 oyun keçirəcək. Dövrələrarası fasilə olmayacaq.
İlk turun oyunları 11-14 sentyabr aralığında keçiriləcək. İlk dövrəyə yanvarın 24-də yekun vurulacaq. Yanvarın 29-da start götürəcək ikinci dövrə isə mayın 16-da 42-ci turun oyunları ilə yekunlaşacaq.
İlk turda “Konyaspor” istirahət edəcək. Açılış turunun mərkəzi oyunu “Trabzonspor”la “Beşiktaş” arasında baş tutacaq.
Türkiyə Super Liqası
1-ci tur
11-14 sentyabr
''Ankaragücü'' – ''Ərzurumspor''
''Sivasspor'' – ''Alanyaspor''
Kayserispor – ''Kasımpaşa''
''Rizəspor'' – ''Fənərbağça''
''Hatayspor'' – ''Başakşəhər''
''Qalatasaray'' – ''Qaziantep''
''Fatih Karagümrük'' – ''Yeni Malatyaspor''
''Göztəpə'' – ''Dənizlispor''
''Trabzonspor'' – ''Beşiktaş''
''Antalyaspor'' – ''Gənclərbirliyi''