bazar, 03 avqust 2025

BİZİM FUTBOL

“Sumqayıt” mübarizəni dayandırdı - YENİLƏNİB

27.08.2020 21:59 Oxundu 1088

Futbol üzrə Avropa Liqasında 1-ci təsnifat mərhələsinin oyunları keçirilir.

Cempion.az xəbər verir ki, Azərbaycanı bu turnirdə təmsil etmək hüququ qazanan “Sumqayıt” da bu gün ilk sınağına çıxıb.

Doğma meydanda Şimali Makedoniyanın “Şkendiya” klubu ilə qarşılaşan Ayxan Abbasovun çalışdırdığı komanda bununla həm də avrokuboklarda debüt edib. Təkcə klub yox, həm də eyniadlı şəhər ilk dəfə qitə miqyaslı turnirdə təmsil olunurdu. Elə oyunun keçiriləcəyi “Kapital Bank Arena” da ilk dəfə avrokubok matçına ev sahibi olub.

“Sumqayıt” bu tarixi oyundan qələbə ilə ayrılmağı bacarmaqla növbəti mərhələyə vəsiqə qazana bilsə, bir neçə il əvvəl “Şkendiya”nın qurbanı olan “Neftçi”nin qisasını alacaqdı. Amma sumqayıtlılar bu şansı əldən veriblər. İki penalti qoluna üzülən Ayxan Abbasovun yetirmələri mübarizəni startdaca dayandırmalı olublar.

Avropa Liqası
1-ci təsnifat mərhələsi


27 avqust

''Sumqayıt'' – ''Şkendiya'' 0:2
Qol
: B.İbraimi, 56-pen. L.Doriev, 89-pen.
Qırmızı vərəqə: T.Mütəllimov, 89.
Hakimlər: Arman Esmuratov, Sergey Vasyutin, Samat Terqevsizov, Jandos Abjan (hamısı Qazaxıstan).
“Sumqayıt Arena”.